Sosial Xidmətlər Agentliyindəki insidentlə bağlı AÇIQLAMA

Ötən həftə Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial xidmət müəssisəsinin bir qrup sakini Agentliyə müraciət edərək, müəssisənin digər bir qadın sakininin davranışlarından narazı olduqlarını bildirib, onun "Məzun evi"ndən çıxarılmasını xahiş ediblər.
Avtosfer.az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin "Məzun evi"ndə mənzillə təmin edilmiş imtiyazlı şəxsin həyat yoldaşı olub və nikahları pozulduğu zaman əri mənzili tərk edib, hazırda həmin mənzildə üç övladı ilə birgə yaşayır.
"Sakinlər Agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib, onlara müvafiq izahatlar verilib və profilaktik söhbət aparılıb, müraciətləri aidiyyəti üzrə müvafiq quruma göndərilib.
Qəbula gələn sakinlərdən bir qismi Agentliyin əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib, onlara qarşı kobud davranıb, hətta qurumun inzibati binasının qapılarını vurub sındırmağa çalışıblar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunub" , - məlumatda bildirilir.
**
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H. və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F. polis əməkdaşları tərəfindən tutulublar.
Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər. Görüş baş tutmadıqda G.H. və D.F. günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər.
Daha sonra onlar binanın qapısını dəfələrlə əllə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H. və D.F. 8 sutka inzibati həbs cəzası alıblar.

Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ












