Soyğunçu polis dəstəsi yaxalandı: Rəis, iki əməliyyatçı və...

Moskva vilayətində şantaj və zorakılıq yolu ilə insanlardan pul qoparan polis qəsbkar dəstəsi ifşa edilib. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, istintaqın məlumatına görə, mütəşəkkil cinayətkar qrupun tərkibində İkşanski polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi, iki əməliyyatçı və xəbərçi qismində çıxış edən bir qız var. Dekabrın 11-də qız internetdə tanış olub və 24 yaşlı qurbanı görüşə çağıraraq aldadıb və o, dərhal əməliyyatçılar tərəfindən saxlanılıb. Onlar oğlanı döyərək üzərinə bir neçə qram narkotik maddə atıblar, sonra axtarış aparıblar və saxlayıblar. Ortaqlar gəncdən 5 milyon rubl tələb edib və o qədər pulu olmayanda ona qarşı cinayət işi açıblar. Maraqlıdır ki, qəsbkarların həbsinə baxmayaraq, cinayət işi hələ də davam edir. Məhz saxlanılan şəxsin ifadəsi sayəsində hədə-qorxu ilə pul tələb edənlərin ifşası mümkün olub. İstintaq müəyyən edib ki, dəstənin əməlindən daha bir neçə nəfər zərər çəkib. Məlumat verən qadının da narkotiklə yaxalandıqdan sonra mütəşəkkil cinayətkar qrupda işləməyə məcbur edildiyi bildirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların saxtalaşdırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra cinayət işi açılıb.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












