Şübhəli torpaq sürüşməsi: qatar relsdən çıxdı, 5 yaralı - FOTO

Fransanın Şərqi Pireney departamentində baş verən sonuncu dəmir yolu qəzası yenidən müzakirələrə səbəb oldu. İlk baxışda qəzada ciddi tələfat olmayıb. Qatarın relsdən çıxması nəticəsində 5 nəfər yüngül xəsarət alıb. Onlardan ikisi dəmir yolu işçisidir. Bəs elə isə məsələnin böyüməsinə səbəb nədir?
Avtosfer.az xəbər verir ki, Perpinyan şəhəri yaxınlığında baş verən qəzaya torpaq uçqunu səbəb olub. Naməlum səbəbdən yola tökülən torpaq kütləsi qatarı relsdən çıxarıb. Şübhəni yaradan da məhz budur. Ərazi dağlıq olsa da, mütəxəssislər bu uçqunu şübhəli hesab edirlər. Hadisədən sonra xəttin istismarı dayandırılıb.
Bu xətdə intensivlik az olsa da, əvvəllər də qəzalar baş verib. 2017-ci ildə indiki qəzanın baş verdiyi ərazidən bir neçə kilometr aralıda, tənzimlənməyən keçiddə qatarın məktəbli avtobusunu vurması nəticəsində 6 uşaq ölmüş, 17 nəfər xəsarət almışdı. Qəzadan sonra açıqlama verən Fransa Dövlət Dəmir Yolları (SNCF) sözügedən keçidin modernləşmə planına daxil edilmədiyi, yalnız xəbərdaredici işıqlar qoyulduğunu bildirmişdi.
2022-ci ildə başa çatan məhkəmə prosesində maşinist 5 il şərti olaraq azadlıqdan məhrum edilmişdi. Hadisədən sonra bağlanan xətt 3 il sonra yenidən açılıb. Maraqlıdır ki, 2020-ci ildən sonra da xətt bir neçə dəfə qısa müddətə bağlanıb.
Vüqar Yaşaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















