Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlanıb - FOTO

Saatlı rayonunun Fətəlikənd kəndində fəaliyyət göstərən, Budax İsmayıl oğlu Həsənova məxsus süd qəbulu məntəqəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, müəssisədə temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, alət və avadanlıqlar üçün təchiz olunmuş yuma sahələrinin tələblərə uyğun gəlmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, qəbul sahəsində döşəmənin asan yuyulub təmizlənən materialla üzlənmədiyi, giriş hissədə dezinfeksiyaedici baryerin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












