Süleyman Süleymanlı da Baş Prokurorluğa çağırıldı

Süleyman Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Süleymanlı Süleyman Asif oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs 24.06.1985-ci il təvəllüdlü Süleymanlı Süleyman Asif oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Süleyman Süleymanlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 22 aprel 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Süleyman Süleymanlı nədə ittiham olunur?
Süleyman Süleymanlının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.
Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
Süleyman Süleymanlı axtarış və həbs qərarı
Süleyman Süleymanlı istintaqdan qaçıb Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Süleyman Süleymanlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub - YENİLƏNİB
Hərəkətdə olan "Kamaz" dəhşət saçdı - VİDEO
Qayalar yolun ortasına düşdü - Lahıc yolunda uçqun - VİDEO
Vətəndaşdan torpağa görə əlavə 980 manat tələb edildi – QURUMDA ÖZBAŞINALIQ
Bakıda şagirdlərin davası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Onlayn satış tətbiqinə kiberhücum; müştərilərin məlumatları ələ keçirildi - RƏSMİ
İşıqforun son saniyələrində yolu qaçaraq keçən piyadalar təhlükə yaratdı - VİDEO
Azərbaycanda DƏHŞƏT: 14 yaşlı oğlan FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO
Maştağada evlər 2 aydır su altındadır; kimdir müqəssir? - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
Hərəkətdə olan avtomobilin önünə qaçan məktəbli qəzadan son anda qurtuldu - VİDEO








