Sumqayıtda 6000 manatlıq "Lamborgini" dələduzluğu

Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az xəbər verir ki, cinayət Sumqayıt şəhərində baş verib.
Zərərçəkmiş S.L. etibarnamə ilə idarə etdiyi "Lamborgini" markalı avtomobili həyat yoldaşının adına rəsmiləşdirmək istəyib. Bu barədə qohumlarından birinə deyib. Qohumu ona F.R. adlı şəxsin bu işi həll edəcəyini bildirib. Bunun müqabilində isə F.R.-ya 6000 manat pul verilməlidir.
Tərəflər görüşüb və deyilən məbləğ F.R-ya verilib. Bir qədər sonra o, zərərçəkmişin qohumu ilə əlaqə saxlayaraq, problemi həll etdiyini deyib.
Lakin sonradan F.R.-nın yalan danışdığı üzə çıxıb və olay barədə polisə müraciət edilib.
F.R. saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində aparılıb. F.R. məhkəmədə verilmiş ittihamla özünü təqsirli bilib. O, əməlini maddi ehtiyacla izah edib və peşman olduğunu bildirib. Həmçinin aydın olub ki, istintaq müddətində dəymiş zərər ödənilib. Zərəçəkmiş də artıq təqsirləndirilən şəxslə barışıq əldə edildiyini bildirərək ondan şikayətçi olmadığını deyib.
Məhkəmənin hökmü ilə F.R. 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun saxlanıldığı 3 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. (Qaynarinfo)
Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












