Super-yaxtanın batması zamanı itkin düşənlərin kimliyi açıqlanıb

İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli super-yaxtanın batması nəticəsində itkin düşənlərin kimliyi məlum olub.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, itkin düşən 6 nəfər arasında “Britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun qızı Hanna ilə yanaşı, “Morgan Stanley International”ın prezidenti Conatan Blumer və həyat yoldaşının olduğu bildirilir. Həmçinin Mayk Linçin vəkili Kris Morvillo və həyat yoldaşı Nada da itkin düşənlər sırasındadır.
Hazırda davam edən axtarış-xilasetmə əməliyyatlarına İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri, mülki müdafiə qüvvələri və helikopterlər cəlb olunub.
Qeyd edək ki, ötən gün fırtına səbəbindən batan Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü daxil ümumilikdə 22 nəfər olub. Onlardan biri azyaşlı olmaqla 15 nəfər xilas edilib, bir ekipaj üzvünün cəsədi tapılıb. Xilas edilənlər arasında Mayk Linçin həyat yoldaşı Anjela Bakares də var.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












