Sürücü yük avtomobilinin altında qalmaqdan son anda yayına bildi: ANBAAN GÖRÜNTÜLƏR - YENİLƏNİB

"Hadisə Binəqədi rayonu, Zahid Qənbərov küçəsində baş verib".
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.
O qeyd edib ki, hadisə avqustun 19-da saat 11:10-da baş verib:
"Hadisənin baş verməsinə səbəb Elşən Vahid oğlu Əhmədovun idarə etdiyi 90-OK-378 dövlət nömrə nişanlı yük avtomobilinin əyləc sistemində yaranan problem olub. Hadisə nəticəsində yük avtomobili köşkə və 90-MB-697 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Sürücünün hadisə zamanı sükan arxasında olmaması ilə bağlı yayılan iddia həqiqətə uyğun deyil. Sürücü sükan arxasında olub".
***
Bu günlərdə Bakının qəsəbələrindən birində qeyri-adi yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Belə ki, park edilmiş yük maşınının əyləc sistemindəki nasazlıq səbəbindən nəqliyyat vasitəsi arxaya doğru hərəkət etməyə başlayıb. Bu zaman arxada dayanmış minik avtomobilinin sürücüsü yük maşınının gəldiyini görərək maşını tərk edib və geriyə doğru qaçıb. Nəticədə yük maşını onun avtomobilinə çırpılıb, sürücü isə ayağının büdrəməsi ilə yola yıxılıb. Nəticədə geriyə doğru hərəkət edən və sürücüsüz olduğu bildirilən yük maşını onun üstündən keçib.
Minik avtomobilinin sürücüsünün taleyi barədə dəqiq məlumat yoxdur.
Hadisənin görüntülərini təqdim edirik:
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












