Sürücüyə tələ quran yol polislərinə cinayət işi açıldı - Sərxoş sürücü "ov"una çıxıbmışlar - FOTO

Rusiyada dələduzluq edən iki yol polisi əməkdaşına qarşı cinayət işi açılıb.
Avtosfer.az yerki mediaya istinadən xəbər verir ki, hadisə Arxangelsk vilayətində baş verib. Belə ki, vilayətin Novodvinsk şəhərinin Dekabristov küçəsində iki yol polisi əməkdaşı - 26 yaşlı Maksim D. və 27 yaşlı Vladislav A. kafenin yaxınlığında park edilmiş avtomobildə yatmış sürücünü görüblər.
Əməkdaşlar onun sərxoş olduğunu təxmin edərək “tələ”yə salmaq qərarına gəliblər.
Bunun üçün dostlarına üz tutan polislər ondan park yerini boşaltmaq üçün maşının oradan uzaqlaşdırmasını xahiş ediblər.
Hərəkətə keçən polislərin “dost”u yatmış sürücünü oradan uzaqlaşdırmağa müvəfəq olub.
Avtomobilini iki metr sürəndən sonra sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Polislərin “tibbi ekspertiza”sından keçən sürücüyə cərimə yazılıb və maşını müsadirə ediblər.
Zərərçəkənin şikayətindən sonra aparılmış daxili araşdırma zamanı əməkdaşların dələduzluqlarının üstü açılıb və onlara qarşı cinayət işi açılıb.
Namiq Musayev

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












