Taksi sürücüsü onu boğan sərnişini tapança ilə başından vurdu - FOTOLAR

Rusiyada taksi sürücüsü insident zamanı travmatik tapançadan sərnişinin baş nahiyəsinə bir neçə dəfə atəş açıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 25-də Moskvada Beynəlxalq şossedə baş verib. Bu barədə şəhər prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata görə, sərnişin mübahisə zamanı sürücüyə hücum edərək onu boğmağa çalışıb. Sürücü isə öz növbəsində üzərində gəzdirdiyi travmatik tapançadan onun baş nahiyyəsinə bir neçə dəfə atəş açıb. Daha sonra hər iki şəxs avtomobildən düşüblər. Bu zaman taksi sürücüsü stressdən avtomobili park vəziyyətinə salmağı unudub və avtomobil təxmini 20 metr hərəkət edərək dəmir arakəsməyə çırpılıb.
Bildirilir ki, başından xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. 1968-ci il təvvəlüdülü taksi sürücüsü isə saxlanılıb.
Golovinsk rayonlararası prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












