Taksi sürücüsü tanış olduğu müəllimi intim fotolarla şantaj etdi: 6 il həbs cəzası aldı

Bakıda taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Kazım Hüseynov (ad-soyad şərtidir - red.) tanış olduğu xanım sərnişini şantaj edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kazımla məktəb-liseydə ingilis dili müəllimi işləyən Lalə (ad şərtidir - red.) tanış olduqdan sonra aralarında münasibət yaranıb.
İş materiallarında yazılır ki, Kazımla Lalə əvvəl yaxın əlaqədə olub, hətta evlənmək qərarına gəliblər. Lakin onların arasındakı sıx münasibət sonradan nifrətə çevrilib.
İttihama görə, Kazım Lalədən 50 min manat pul tələb edib. Pulu verməyəcəyi halda isə telefonunda saxladığı rüsvayedici fotolarını yayacağı ilə hədələyib. İş o yerə çatıb ki, təqsirləndirilən şəxs Lalənin işlədiyi liseyə gedərək direktora onunla birlikdə çəkdirdikləri qeyri-etik fotoları göstərib.
İstintaq zamanı direktor özü də ifadə verib. Direktorun sözlərinə görə, Kazım ona Lalə müəllimlə birlikdə qeyri-etik şəkillərinin olduğunu, dediyini etməyəcəyi halda həmin fotoları yayacağını deyib. Bir qədər sonra isə onun yarıçılpaq şəkillərini liseyin “qaynar xətt” nömrəsinə göndərib. Elə bu hadisədən sonra Lalə ərizə yazaraq işdən çıxıb.
Zərərçəkmişin şikayətindən sonra K.Hüseynov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb.
Lalə baş verənləri təsdiqləsə də, Kazım məhkəmədə onu şantaj etdiyini boynuna almayıb. Təqsirləndirilən şəxs ifadəsində Lalədən sadəcə 100 manat borc istədiyini deyib.
Yekunda Bakı Ağır Cinayətlər Məhkəməsi Kazım Hüseynovu ittiham üzrə təqsirli bilib.
Hökmə əsasən, o, 6 il azadlıqdan məhrum edilib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












