Taksi sürücüsü yerdə uzanan piyadanın üzərindən keçdi

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şahidləri məlumat veriblər.
Bildirilib ki, VAZ-2106 markalı taksi sürücüsü piyadanı vurub və hadisə yerindən qaçıb.
Şahidlərin sözlərinə görə, piyada vəfat edib.
Onun kimliyi hələ ki məlum deyil.
Hadisə şahidlərinin verdiyi ilkin məlumata görə, vəfat edən şəxs Türkan Aqropark bağlarında mühafizəçi işləyirmiş. Onun yolu keçərkən içkili olduğu söylənilir. Piyada yerə uzanıb və avtomobil onu görməyərək üzərindən keçib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) piyadanın ölüm faktını təsdiqləyib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 11-i saat 22:30-da Xəzər rayonu, Hövsan yolu ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












