Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı - YENİLƏNİB

Bakıda küçədə bıçaqlanan 37 yaşlı şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 6-sı 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) qarın boşluğunun daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri tibbi xidmətlər göstərilib, daha sonra əməliyyata alınıb.
Hazırda xəstənin müalicələri davam etdirilir, vəziyyəti qənaətbəxş olaraq qiymətləndirlir".
***10:41
"D18" Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədli vətəndaşın sağlamlığına kəsici alətlə qəsdən ağır zərər vurmaqda təqsirləndirilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mayın 6-da gecə saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində Ə.Məmmədli şəxsi münasibətlər zəminində 37 yaşlı Vüqar adlı şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, törətdiyi əmələ görə saxlanılıb.
Tərəflər arasında münaqişə taksidə yer üstündə baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Bakıda kişi bıçaqlanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğlu bıçaq xəsarəti alıb.
Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib. O, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












