Tanınmış idmançını qətlə yetirən Orxan Hacıyev niyə azadlıqda idi?

Hadisə 25 Mart 2025 17:11 Oxunub 454
Tanınmış idmançını qətlə yetirən Orxan Hacıyev niyə azadlıqda idi?
What|

2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən Orxan Hacıyev idmançının qardaşı - Amil Surxayev tərəfindən güllələnərək öldürülüb.

Öldürülən Ruslan Surxayevin atası Orxan Hacıyevdən şikayətçi olmadığı üçün azadlıqda olduğu söylənilir.

Qeyd edək ki, Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və sair qanunsuz, yaxud əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Bu maddə ilə də Orxan Hacıyevə iki il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qərardan narazı qalan O.Hacıyev hökmdən apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə yeni qərar qəbul edib.

Məhkəmənin qərarı ilə O.Hacıyevin təqsirləndirildiyi, Cinayət Məcəlləsinin 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edilərək onun cəzası 1 il 6 aya endirilib. O.Hacıyevin cəzası həbs edildiyi gündən hesablanıb. Qətl hadisəsi 2020-ci ilin fevral ayının 1-də baş verdiyindən, məhkəmə təqsirləndirilən şəxsin cəza müddətini başa çatmış hesab edərək, məhkəmə zalından azadlığa buraxıb.

Maraqlıdır, bəs görəsən, ölüm faktı qeydə alınmış cinayət əməlində zərərçəkmiş şəxsin ailəsi ilə təqsirləndirilən şəxs arasında barışıq imzalanarsa, təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilə və ya azadlığa çıxa bilərmi?

Mövzu ilə bağlı Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən şəxs 9-14 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Cəzanın yüngülləşməsi cinayət işinin hansı formada baş verməsindən asılıdır. Lakin əgər, qəsdən adam öldürmə ilə bir şəxs ittiham edilibsə, o azadlığa buraxıla bilməz. Ola bilər ki, bu zaman zərərçəkən şəxsin yaxınları ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunsun, bu ümumilikdə təqsirləndirilən şəxsin cəzalanması zamanı nəzərə alınır, lakin ümumilikdə azadlıqdan məhrum edilməmə ilə bağlı qərarın verilməsinə gətirib çıxara bilməz".

Onun sözlərinə görə, cinayət əməlində təqsirləndirilən şəxsin ittiham maddələri tövsif edilərək, digər maddələrə keçirilə bilər:

"Sözügedən şəxsin ittiham maddələri 120.1-cidən tövsif edilərək, 122.1-ci maddəyə, daha sonra isə 123.1-ci maddəyə dəyişdirilib. Şəxs cinayət əməlində Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə ittiham olunduqda üç il müddətinə, 123.1-ci maddəsi ilə ittiham olunanduqda isə iki il müddətinə azadlıqdan məhrum edilir. 120.1-ci maddədən 122.1-ci, daha sonra isə 123.1-ci maddəyə tövsif olunduğu üçün azadlıqdan məhrum edilmə ilə bağlı cəza 1 il 6 aya endirilə bilər".(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh