Tanınmış meyxanaçı qəza törətdi: "Təmir pulunu ödəmədi" - FOTO - VİDEO

Tanınmış meyxanaçı Balaəli Maştağalı avtomobil qəzası keçirib. İddia olunur ki, günah özündə olsa da, qarşı tərəfin zərərini ödəməyib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində, “Gənclik” istiqamətindəki işıqforun qarşısında dayanmış “Toyota” markalı avtomobilə arxadan güclü zərbə dəyib. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində avtomobilinin arxa hissəsi – iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.
Zərərçəkmişin sözlərinə görə, sürdüyü avtomobilə çırpılan nəqliyyat vasitəsi “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb.
“Mənə dedi ki, məsələni sığorta vasitəsilə deyil, şəxsi hesabına həll edəcək. Avtomobildə körpə uşağım da olduğuna görə, mübahisəyə getmədim, razılaşdım. Düşündüm ki, kişi sözüdür, etibar etmək olar. Avtomobil təmirə getdi, amma keyfiyyətsiz şəkildə bərpa olundu. Bufer hələ də tam düzəlməyib, baqaj hissəsində isə qabarıqlıqlar qalıb”, – zərərçəkmiş deyib.
O əlavə edib ki, ilkin razılaşmaya əsasən, zədələnmiş stop işıqlarını özü tapıb almalı, Balaəli isə həmin hissələrin dəyərini ödəməli idi. Lakin üç aydan çox vaxt keçməsinə baxmayaraq, yalnız 200 manat ödənilib, qalan məbləğ isə ödənilməyib: “Mənim bildiyimə görə, avtomobilin boya və təmir işlərini həyata keçirən ustalara da ödəniş olunmayıb, buna görə də iş yarımçıq qalıb. Nə özü, nə də köməkçisi artıq zənglərə cavab vermir”.
![]()
Zərərçəkmiş hadisədən nəticə çıxararaq bildirib ki, “Şəxsin məşhurluğundan asılı olmayaraq, belə hallarda sığorta şirkəti ilə rəsmiləşdirmə aparmaq vacibdir. Əks halda, sonradan hüququn bərpası çətinləşə bilər”.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu











