Tanınmış vəkilin qardaşı niyə öldürülüb? - Hökm oxundu

Tanınmış vəkil Vasif İsrafilovun qardaşı Namik İsrafilovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, qətli törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Rəsul Ağazadə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi ötən ilin aprelində Bakının Nərimanov rayonunda, zərərçəkmiş şəxsin yaşadığı evdə baş verib.
Məhkəmədə cinayətin tamah niyyəti ilə törədildiyi məlum olub. Rəsul Ağazadə Namik İsrafilovu qətlə yetirdikdən sonra ona məxsus iki ədəd mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən şəxs daha sonra bu telefonlardan birini 60 manata satıb və pulu şəxsi ehtiyaclarına sərf edib.
Qeyd edək ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












