Tarixi əsərləri satmaqda şübhəli bilinən 47 nəfər saxlanılıb

Türkiyədə tarixi əsərləri oğurlayaraq xaricə satmaqda şübhəli bilinən mütəşəkkil dəstə üzvləri saxlanılıb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, 24 vilayətdə həyata keçirilən “Define-1” əməliyyatı çərçivəsində tarixi əsərləri xaricdəki muzeylərə satmaqda şübhəli bilinən, beynəlxalq tarixi əsər qaçaqmalçılığı ilə məşğul olan 47 nəfər tutulub.
Məlumata görə, əməliyyatlar İzmir, Ankara, Adana, Antalya, Balıkesir, Bursa, Denizli, Eskişehir, Hatay, İsparta, İstanbul, Karaman, Konya, Manisa, Mersin, Muğla, Nevşehir, Osmaniye, Sakarya, Samsun, Sivas, Tekirdağ, Trabzon və Aydın vilayətlərində keçirilib.
Nazir qeyd edib ki, tarixi əsərlər Avropa və ABŞ-dəki muzeylərə satılıb.
Əməliyyat nəticəsində 6 min 325 sikkə, 997 əşya, 5 detektor, 2 sənədsiz tüfəng, 1 sənədsiz tapança və çoxlu sayda patron ələ keçirilib.
A.Yerlikaya qeyd edib ki, Türkiyə tarixi əsərləri xaricə satan bütün qaçaqmalçıları zərərsizləşdirməkdə qərarlıdır.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












