Təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı öldürülüb, yaralılar var

Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvlərinin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 10 əməkdaşı həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, silahlı dəstə üzvlərinin təhlükəsizlik qüvvələrinə hücumu zamanı təhlükəsizlik qüvvələrinin daha 14 əməkdaşı yaralanıb.
Zamfara valisi Dauda Laval hücumdan sonra keçirilən əməliyyatda çoxlu silahlı dəstə üzvünün öldürüldüyünü bildirib.
Nigeriya uzun müddətdir silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan “Boko Haram” və digər terror qruplarının hücumları ilə üzləşib. Ölkədə adam oğurluğuna görə ölüm hökmü qüvvədə olsa da, fidyə qarşılığında adam oğurluğu adi hala çevrilib. Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır, fidyə tələb edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












