"Telefonundakı şəkil kimindir?" – Həyat yoldaşını qətlə yetirən ər - FOTO

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən paytaxt sakini Bəxtiyar Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İbtidai istintaq zamanı müəyyən olunub ki, Bəxtiyar Vəliyev paytaxtdakı gözəllik salonlarından birində çalışan həyat yoldaşı Xumar Həsənlinin mobil telefonuna ondan xəbərsiz baxarkən tanımadığı kişinin fotosunu görüb. O əvvəlcədən bu barədə həyat yoldaşına bildirmədən marketdən bıçaq alaraq onu öldürmək qərarına gəlib.
Avqustun 17-də arvadının Sabunçu rayonu ərazisində çalışdığı gözəllik salonuna gələrək, işin sonunda onunla birlikdə qayıdarkən telefonundakı fotonun kimə məxsus olduğunu soruşub. Qadın isə suala cavab vermədən ərinin yanından qaçaraq uzaqlaşmağa cəhd edib. Bəxtiyar Vəliyev ona macal vermədən bir neçə dəfə bıçaqla zərbə endirərək qətlə yetirib.
Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (ümumi təhlükəli xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












