Təyyarə sərxoş sərnişinə görə məcburi eniş edib

Finlandiyadan İsveçrəyə uçan sərnişin təyyarəsi sərxoş sürücünün aqressiv hərəkətləri ilə əlaqədar Berlin-Brandenburq aeroportuna məcburi eniş edib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Helsinki-Sürix reysi üzrə hərəkət edən təyyarənin sərnişini, 42 yaşlı Finlandiya vətəndaşı hava gəmisindəki digər sərnişinlərə və ekipaj üzvlərinə qarşı aqressiv və təhqiramiz hərəkətlər edib. Yaranmış vəziyyətlə əlaqədar pilot Berlin aeroportuna eniş etmək qərarına gəlib. Hava limanında polis əməkdaşları finlandiyalı sərnişini saxlayıblar. Onun yüksək miqdarda spirtli içki qəbul etdiyi müəyyən olunub. Həmin şəxs barəsində inzibati qaydada araşdırmalara başlanılıb və o, 2200 avro məbləğində cərimələnib. Prosedurlar başa çatdıqdan sonra sərnişin sərbəst buraxılıb. İnsidentdən sonra təyyarə yenidən havaya qalxıb və Sürix istiqamətində uçuşu davam etdirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












