Ticarət mərkəzinin qarşısını tualetə çevirən cərimələndi: "Böyrəklərimdə problem var"

Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Xaqani” ticarət mərkəzinin qarşısında baş verib. 24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə mübahisə edərək, xuliqanlıq edib. Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib. Səbail rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












