"TikTok"da dələduzluq edən şəxsə hökm oxundu

Özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Gədəbəy Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə edilən X.Z.-ya 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cavad Əliyev üzərində başqa bir cinayət işinə görə 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası olduğuna görə cəzalar qismən toplanıb və ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
İş materiallarından məlum olur ki, X.Z. özünü "TikTok" platformasında Cavad Əliyev adlı polis əməkdaşı təqdim edirmiş. X.Z. həmin platformada tanış olduğu xanımlardan birinin yaxınını polisə işə düzəkdəcəyini bildirib. Bunun müqabilində 5000 manat pul alıb. Lakin qarşı tərəf sonradan aldanıldığını başa düşüb. X.Z.-ya zəng edərək pulu geri istəyib. Məlum olub ki. X.Z. Astara çəhərində başqa bir cinayət işinə görə saxlanılıb.
X.Z. məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu











