Tiktoker Ləman söyüşlərə görə cəzalandırıldı - Baldızı intihara cəhd edibmiş

“TikTok”da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.
Avtosfer.az xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.
Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra “TikTok” sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.
Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.
Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub.
Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.
Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib.
Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, “TikTok”dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqda danışıb.
Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib. Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.
Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib.(musavat)
Kiberpolis əməliyyat keçirdi: SAXLANILANLAR VAR - VİDEO
Saxta tarixi məkan düzəldən şəxsə həbs və cərimə cəzası - FOTO
Maşinistsiz qatarlar toqquşdu - 18 İLDƏ İLK DƏFƏ
Tovuzda DƏHŞƏTLİ QƏTL - Öldürülən qadının və tutulan qohumun FOTOLARI - YENİLƏNİB
“BMW” yanıb kül oldu - FOTOLAR
Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ
Zərdabda 1 hektarlıq ərazini yandıran şəxs saxlanıldı - FOTO
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü - YENİLƏNİB










