Tiktoker qadın qazini niyə bıçaqlayıb? - VİDEO

Aprelin 12-də Bərdədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Tünzalə Hüseynova hadisəni törətməzdən əvvəl - aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.
Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Belə ki, Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb. Bütün bu hadisələr anbaan kameraya düşüb.
Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “TikTok” sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb. O, aparılan araşdırmanın nəticəsini gözləmədən Ceyhun Zeynalova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qeyd edək ki, sonradan görüntülərin gözəllik salonunda deyil, ətriyyat mağazasında baş verdiyi müəyyənləşib. Hadisəni törətməkdə şübhəli bilinən qadın və bıçaqlanan qazi aktiv “TikTok” istifadəçiləridir.
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO
Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar - Həbs olunublar
Xırdalanda DOST mərkəzi yanır - VİDEO
Spring Hoteldə məktəblinin ölümü hansı şəraitdə baş verib?
Salyanda hərəkətdə olan mikroavtobus qəfil alışdı - VİDEO
Bakı-Qazax yolunda yük maşını alova büründü - VİDEO










