Torpaq sürüşməsi baş verdi: 93 nəfər ölüb

Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb.
APA xəbər verir ki, yerli xəstəxanalarda ən azı 129 yaralıya tibbi yardım göstərilir və indiyədək təxminən 250 nəfər xilas edilərək xilasetmə düşərgələrinə köçürülüb.
Ştat rəsmiləri bildirib ki, xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışları və körpünün uçması prosesin sürətli aparılmasına mane olur.
"Vəziyyət çox ağır olaraq qalır. İtkilər arta bilər", - ştatın yüksək səviyyəli rəsmis yerli mediaya deyib. Rəsmilər axtarış və xilasetmə işlərində təhlükəsizlik qüvvələrinə kömək etmək üçün 200-dən çox hərbçinin prosesə cəlb olunduğunu bəyan edib.
***
Hindistanda torpaq sürüşməsi nəticəsində ən azı 41 nəfər həlak olub, çox sayda yaralı var
Torpaq sürüşməsi Hindistanın cənubundakı Kerala ştatında baş verib.
Yerli medianın məlumatına görə, bölgədə əsas körpünün dağılmasından sonra xilasetmə əməliyyatlarında çətinlik yaranıb. Ştatın səhiyyə naziri Veena Corc 70-dən çox insanın yaralandığını bildirib. "Indian Express" qəzetinin yazdığına görə, çox sayda adamın Çaliyar çayında batdığı ehtimal olunur.
Qeyd edək ki, Kerala güclü yağış və daşqınlara meyllidir, 2018-ci ildə bu ştatda daşqınlar zamanı 400-ə yaxın insan həlak olub.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












