Tovuz sakini döyülüb - FOTO

Tovuzda döyülmə faktı qeydə alınıb.
Hadisə rayonun Dondar Quşçu kəndinin girişində baş verib.
Rayonun Aşağı Quşçu kənd sakini Elşən Quliyev tanımadığı şəxslər tərəfindən döyülüb.
Xəsarət alan şəxs Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin iki nəfərin boks aparatına atdığı 40 qəpiyə görə baş verdiyi deyilir. Yaxınlıqdakı mağazanın gecə növbəsində işləyən Elşəndən aparatın niyə işləmədiyini soruşublar. Elşən isə mağazada çalışdığını bildirib. Bu zaman şəxslər arasında mübahisə olub və onlar əlbəyəxa olublar.
Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı Tovuz polisinə məlumat verilib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı Tovuz RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Ekspertiza təyin olunub. Ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Elşən Quliyevi döyən şəxslərin kimliyinin müəyyənləşdirilib saxlanılması istiqamətində də tədbirlər davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












