Trampın helikopteri Londonda təcili eniş edib - KİV

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniyanın olduğu helikopter Londonun Luton hava limanında planlaşdırılmamış eniş etməyə məcbur olub. Avtosfer.az xəbər verir ki, bu barədə "Independent" qəzeti Ağ Evə istinadən yazıb. Məlumata görə, hadisə Tramp cütlüyünün Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəhərkənarı iqamətgahından qayıdarkən baş verib. ABŞ liderinin helikopterində hidravlik sistemdə kiçik problem yaranıb. Ehtiyat tədbiri olaraq, helikopterin Luton hava limanında eniş etməsinə qərar verilib. Orada Tramp və həyat yoldaşı ehtiyat helikopterə minərək əvvəlcədən getməyi planlaşdırdıqları Stansted hava limanına doğru yola davam ediblər. Xatırladaq ki, ABŞ Prezidenti 16-18 sentyabr tarixlərində Birləşmiş Krallıqda səfərdə olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












