Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib - 200 dollarını aldı

Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sürücüsü həbs edilib.
Avtosfer.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.
Taksi sürücüsü kimi fəaliyyət göstərən Qazax rayon sakini 1988-ci il təvəllüdlü Rafiq Məmmədli Misir Ərəb Respublikasının vətəndaşı Əhməd Vahbaya yaxınlaşıb və taksi lazım olub-olmadığını soruşub.
Ərəb turist isə Gürcüstana getmək istədiyini və buna görə köməklik göstərilməsini xahiş edib. Azərbaycanın quru sərhədlərinin bağlı olduğunu bilən Rafiq isə əcnəbi vətəndaşın Ağstafaya gedərək oradan Gürcüstana keçə biləcəyini deyib. Bu məqsədlə o, Əhməddən 200 dollar alıb və maşınla Bakı Beynəlxalq Avtovağzalına gətirərək oradan Qazaxa sərnişin daşıyan Pərviz (şərti) adlı sürücüyə təhvil verib.
Pərviz də Əhməd Vahbanı Qırmızı Körpü keçid məntəqəsinə kimi apararaq düşürüb. Lakin burada sərhəddən keçməyin mümkün olmadığını öyrənən Misir vətəndaşı 70 dollar verərək geriyə-Bakıya qayıdıb. O, daha sonra başına gələnlərlə bağlı polisə müraciət edib.
Həyata keçirilən tədbirlərlə Rafiq adlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 8 sutkalıq inzibati həbs edilib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












