Türkiyə 270 min dollar rüşvət alan dini nümayəndədən danışır - VİDEO

Türkiyənin Dəyanət İşləri İdarəsinin Məkkə üzrə səlahiyyətli nümayəndəsinin rüşvət videosu ölkə gündəmini zəbt edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ahmet Daştanbekin rüşvət kimi aldığı 270 min dolları saydığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərlə bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu araşdırmalara başlayıb. Sözügedən idarə ötən gün açıqlama yayaraq qurumun da araşdırma apardığını bildirib: “İdarəmiz bəzi sosial media platformalarında rəsmilərimizdən birinə aid olduğu iddia edilən video ilə bağlı dərhal araşdırma başladıb. Məsələ təyin olunmuş müfəttişlər tərəfindən diqqətlə araşdırılır”.
A. Daştanbek isə bu gün sosial şəbəkə hesabında açıqlama yayaraq görüntülərdəki pulun bir xeyriyyəçi tərəfindən Məkkədə ehtiyacı olanlara paylanması üçün ona verilən sədəqə və Ramazan paketlərinin alınması üçün olduğunu iddia edib. O, saydığı məbləğin 270 min dollar yox, 10 min dollar olduğunu bildirib. Həmçinin söyləyib ki, pulu aldıqdan sonra həmin vaxt mühasib ofisə gələrək vəsaiti hesaba qeyd edib və bununla bağlı hesabat Ankaraya göndərilib.
Həmin görüntüləri təqdim edirik:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












