Türkiyədən saxta dollar gətirərək satan qadına hökm oxunub

Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən Səadət Məmmədovaya hökm oxunub.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, o, yeddi il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, S. Məmmədova pulların saxta olmasından məlumatı olmayan tanışları ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.
İş üzrə dörd nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, Səadət Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












