Üç il əvvəl azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rəsmi məlumatda deyilir ki, 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır.
Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tbilisidə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib.
Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












