Üç min avtomobillə dolu gəmi yanğından sonra Sakit okeanda batdı - VİDEO

Sakit okeanda bir həftə qəzalı vəziyyətdə qaldıqdan sonra batan "Morning Midas"da yanğının başlama səbəbi məlum olub.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə rg.ru xəbər yayıb.
Bildirilib ki, göyərtədə 3 000-dən çox maşın, o cümlədən elektromobil və hibrid avtomobillər olub - məhz onlar yanğının yaranmasına səbəb ola bilərdilər.
Çindən Meksikaya yollanan rolker, həmçinin "Chery Automobile Co." və "Great Wall Motor Co." istehsalı olan avtomobillərlə yüklənibmiş. Göyərtədə "Buick Envision" partiyası da ola bilərdi: gəminin yola düşdüyü Çinin Yantay şəhərində "SAIC-GM" birgə müəssisəsi yerləşir, gəminin fraxteri isə ehtimal ki, "SAIC"in törəmə şirkəti olan "Anji Logistics"dir. "Morning Midas" Meksikaya gedirdi, orada da "Envision" modeli rəsmi olaraq satılır.
Hansı avtomobilin ilk olaraq alışdığı barədə dəqiq məlumat yoxdur. Bununla belə güman edilir ki, yanğın "Great Wall" səbəbindən başlamayıb: daşınan bu model maşınlar arasında elektrifikasiya olunmuş modellər olmayıb, üstəlik onlar başqa göyərtədə yerləşdiriliblər.
Xatırladaq ki, iyunun 5-də Sakit okeanın mərkəzi hissəsində göyərtəsinə təxminən 3 048 avtomobil (onlardan 70-i elektromobil, 681-i hibrid) yüklənmiş gəmidə yanğın olub. Bundan sonra "Morning Midas" Sakit okeanın ortasında ekipaj tərəfindən tərk edilib. Yanğının səbəb olduğu zədələr, əlverişsiz hava şəraiti və sonradan göyərtəyə suyun dolması nəticəsində gəminin vəziyyəti daha da pisləşib və iyunun 23-də (yanğından üç həftə sonra) nəqliyyat vasitələri ilə birlikdə tamamilə batıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












