Üç mindən çox miqranta görə 25 il həbs cəzası aldı

Böyük Britaniyada 3 mindən çox miqrantın Avropaya qanunsuz yollarla keçirilməsində iştirak edən şəxs 25 il müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, 42 yaşlı misirli balıqçı Ahmed Ebid Şimali Afrikadan İtaliyaya 2022-ci ilin oktyabrından 2023-cü ilin iyununa qədər təxminən 3 min 800 miqrantın daşınmasına cəlb olunub. Onlardan bəziləri sonradan Böyük Britaniyaya da keçə bilib. O, bu cinayət əməlinə görə Böyük Britaniyada Aralıq dənizi vasitəsilə insan qaçaqmalçılığına görə məhkum edilən ilk şəxs olub. Araşdırmalara əsasən, Ahmed Ebid bu əməliyyatdan ümumilikdə 12 milyon funt sterlinq qazanıb.
Ahmed Ebid 2022-ci ildə kiçik qayıqla Britaniyaya daxil olmuş, daha əvvəl isə İtaliyada narkotik qaçaqmalçılığına cəhd ittihamı ilə beş il həbsdə olmuşdu.
Cəzasını çəkdikdən sonra onun deportasiyası qaçılmaz hesab olunur.
Londonun Southwark Krallıq Məhkəməsində keçirilən məhkəmə prosesində hakim qeyd edib ki, Ahmed Ebid ümidsiz insanlardan istifadə edərək onları amansız şəkildə istismar edib və onun əsas motivi insan alverindən maddi qazanc əldə etmək olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












