Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəndalı Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Qənbərov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə ötən il iyunun 25-də Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayon sakini Bəndalı Qurbanov KIA markalı avtomobillə qarşıda gedən "Opel" markalı avtomobili ötmək istəyərkən idarəetməni itirib və həmin avtomobillə yanaşı "Mercedes-Benz" markalı maşınla da toqquşub. Hadisə nəticəsində KIA-nın sərnişini Elçin Süleymanov, "Mercedes-Benz"də olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun Qurbanov və 1991-ci il təvəllüdlü Nicat Qurbanov həlak olublar. Hadisə nəticəsində xəsarətlər alan B.Qənbərov xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, qəzada təqsirləndirilən B.Qənbərov "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsinin əməkdaşı olub.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












