Üç qadını şantaj edib pul alan şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə qadınları şantaj edərək onlardan pul tələb etməkdə təqsirləndirilən Nahid Mirzəyevin (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Mirzəyev 5 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Sabirabad rayon sakini olan Nahid "Instagram" sosial şəbəkəsi vasitəsilə xanımlarla tanış olur, daha sonra onlardan borc pul istəyirmiş. Nahid ona pul verməyən xanımların şəkillərini saytlarda yayacağını bildirərək onlara hədə-qorxu gəlib. Bu üsulla o, üç xanımı şantaj edib, onlardan mütəmadi olaraq pul alıb.
Qadınlardan birinin şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nahid saxlanılıb və onun barəsində cinayət işi başlanıb. Cinayət işi məhkəməyə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












