Ucar sakini əsassız həbs olunub? - Polisdən AÇIQLAMA

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ucar rayon sakini Asif Kərimovun əsassız həbs olunması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a bildirilib ki, Asif Kərimov adlı şəxsin əsassız saxlanılması ilə bağlı iddialar həqiqəti əks etdirmir. A.Kərimov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həbs edilib.
Belə ki, polis əməkdaşları tərəfindən cari il aprel ayının 3-də Ucar rayonunda daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Kərimov Asif Vəliyəddin oğlu narkotik maddə və pixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












