Uğursuz əməliyyatın qurbanı olan xanım": Evdən bayıra çıxa bilmirəm" - VIDEO

"Bədənimdəki deşikdən çirk axır. Ağrılarım var, evdən çıxa bilmirəm".
Bu sözləri uğursuz əməliyyatın qurbanı olan Şəhla Əliyeva deyib.
"Üç il öncə bədənimin bəzi nahiyələrinə gel vurdurmuşdum. 8 ay əvvəl ağrılarım oldu. İnternetdə bu sahədə ixtisaslaşmış Gündüz Bayram adlı həkimi gördüm və ona müraciət etdim. Gündüz həkim bəzi nahiyələrimdən gelləri çıxartdı. Bədənimdəki deşiklər hələ də yumulmayıb və həmin nahiyədən çirk hələ də axır".
Ş.Əliyeva Gündüz Bayram tərəfindən göz qapağı əməliyyatı da olunduğunu bildirib:
"Etdiyi bütün əməliyyatlar uğursuz alınıb. Ayağımda öz-özünə göyərmələr olur".
Şikayətçi ona dəyən ziyanın ödənilməsini tələb edir. Deyir ki, heç olmasa, əməliyyata verdiyi pulu geri qaytarsın ki, o da həkimin bədənində yaratdığı fəsadları başqa, daha peşəkar həkim vasitəsilə aradan qaldırsın:
"Qaşımı əlavə pul ödəyərək əməliyyat etdirdim. Göz qapağımı da düzəltdirməliyəm. Bunlara əlavə pulum çıxacaq. Gündüz həkimə 17 minə yaxın pul vermişəm. Ortada heç bir nəticə yoxdur. Pulumu geri istəyirəm".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












