Uşaq bağçasının müdiri 428 min manatlıq dələduzluqda təqsirli bilinir

Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın ilkin məhkəmə iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. Məlum olub ki, Havvaxanım Rüstəmova 428 min 371 min manat məbləğində dələduzluq edib. İttiham aktı elan edildikdən sonra hakim təqsirləndirilən şəxsdən özünü təqsirli bilib-bilməməsini soruşub. Havvaxanım Rüstəmova özünü təqsirli bilməyib.
Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib. Dövlət Sosial Müdafiə Fonduna 37 min manat ziyan dəyib. Zərərçəkən şəxslərə dəymiş ziyanın 90 faizi ödənilib.
Məhkəmə prosesi yanvar ayının 27-nə təyin edilib.
Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq dələduzluqda ittiham olunur. Həmçinin ona Baş Prokurorluğun Korrupsiyaya qarşı Baş Mubarizə İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də cinayət işi başlanıb.
Onun direktoru olduğu “Moon Kids” Uşaq Bağçasının da fəaliyyəti dayandırılıb. Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












