Veloparkdan idmançının velosipedini oğurladı, məhkəmə cəza verdi

Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən Veloparkın inzibati binasından oğurluq edən şəxsə məhkəmə hökmü oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən, 1988-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş C.D. barəsində Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (gecə vaxtı törədilmiş oğurluq) və 177.2.4-cü (yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Araşdırma zamanı məlum olub ki, C.D. Veloparkın inzibati binasından ümumi dəyəri 10 050 manat olan əmlakı gizli yolla talayıb. O, üzərində gəzdirdiyi mismar çıxaran dəmir linglə binanın giriş qapısını sındıraraq içəri daxil olub və aşağıdakı əşyaları oğurlayıb:
* 7000 manat dəyərində "Cube One 72 Pro 29" markalı velosiped (idmançılardan birinə məxsus);
* 1900 manat dəyərində "XGimi Halov" markalı projektor;
* 700 manatlıq səsgücləndirici;
* 150 manatlıq qaynaq aparatı;
* 300 manatlıq səs sistemi kabellər;
C.D.-nin digər obyektlərdən də oğurluq etdiyi müəyyən edilib. Məhkəmənin hökmü ilə, o, 4 il 10 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












