Vətəndaş şikayət etdi, DİN hərəkətə keçdi - Jurnalistə qarşı iddia - FOTO

Bakı şəhərində jurnalistin işədüzəltmə adı altında vətəndaşın pulunu mənimsədiyi iddiası ilə bağlı daxil olan şikayət üzrə araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
***
Bakı şəhərində jurnalistin işədüzəltmə adı altında vətəndaşın pulunu mənimsədiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a şəhər sakini Rüfət Mikayılov şikayət ünvanlayıb.
O bildirib ki, Fariz Faiq oğlu Vəliyev adlı şəxs ondan anasını işə düzəldəcəyini deyərək 1 500 manat məbləğində pul alıb, lakin işə düzəltməyib:

"Anam işlədiyi yerdə ixtisara düşdü. İşdən çıxarıldı. Bundan sonra ona iş axtarırdıq. Fariz Faiq oğlu Vəliyev anamı işə düzəldə biləcəyini dedi. Məndən 1 500 manat istədi. Ötən ilin dekabrın 8-10 aralığında onun kart hesabına 1 500 manat pul köçürdüm. Şərt kəsmişdim ki, işə düzəltməsən, verdiyim pulun ikiqatını geri alacağam. O, dediyinə əməl etmədi. Hər dəfə deyirdi, bu gün alınacaq, sabah düzələcək. Heç bir iş görmədi. Bir həftədən çoxdur, nömrəsinə zəng çatmır. Eşitdiyimə görə, jurnalist kimi fəaliyyət göstərir. Onun barəsində 26 saylı polis bölməsində şikayət ərizəsi yazmışam. Tez zamanda tapılıb verdiyim ödənişin geri qaytarılmasını istəyirəm".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.
Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












