Viləşçay su anbarında batan var - YENİLƏNİB

Masallı rayonunda su anbarında batan şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o rayonun İsi kənd sakini, 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanovdur.
Belə ki, M.Aslanov rayonunun Qəriblər kəndində yerləşən Viləşçay su anbarında batması ilə Fövqəladə Hallar Nazirliyinə bağlı məlumat daxil olub. Əraziyə FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Məlumata görə, M.Aslanov dünən saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qarasının dalınca gedib və sonra ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında aşkar olunub. Ona görə ehtimal olunur ki, o, su anbarında batıb.
Hazırda onun axtarışı davam etdirilir.
***09:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












