Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxsə prokuror ömürlük cəza istəyib

Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ağaxanov Ramin Rəhman oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Rüstəmov çıxış edib. Prokuror Ağaxanov Ramin Rəhman oğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, cari il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












