Xaçmazda şam və qovaq ağacları məhv edilib, araşdırma aparılır - FOTO

Xaçmaz şəhərində çoxillik ağacların məhv edilməsi ilə əlaqədar araşdırmaya başlanılıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Xaçmaz şəhəri Zərifə Əliyeva küçəsi 66 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının qarşısında illər öncə əkilmiş beş ədəd şam və qovaq ağacı ötən gün gecə saatlarında kökündən çıxarılaraq məhv edilib.
Belə ki, sözügedən binanın birinci mərtəbəsində sahibkara məxsus obyektdə təmir işləri aparılır. Ağacların də bu işlərlə əlaqədar kökündən çıxarıldığı ehtimal olunur.
Hadisə ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, Xaçmaz şəhərində ağacların çıxarılması barəsində məlumat daxil olduqdan sonra əraziyə baxış keçirilib. Qeyd olunub ki, araşdırmalar başa çatdırıldıqdan sonra yekun qərar veriləcək.
![]()
![]()
![]()
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












