Xalq artistinin balta ilə xəsarət yetirdiyi qadın danışdı: O, Ağadadaş Ağayevdən ... - VİDEO

Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva "Xəzər Xəbər"ə açıqlama verib. Paytaxtın Binəqədi rayonunda yerləşən "MedEra" hospitalında baş verən insident zamanı işçilərdən biri - Nəzakət Paşayeva ayağından yaralanıb. 4 ildir ki, adı çəkilən hospitalda çalışıran 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş. "Bunlar gərək olmayaydı" - deyən Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirir. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da sözlərinə əlavə edir.
Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.
Hospital ilə üzbəüz ərazidə qalan Ağadadaş Ağayevlə də görüşdük. Lakin o, bu məsələlərlə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.
Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.
Daha ətraflı videomaterialda.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












