Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Quliyev Fəxrəddin Əli oğlunun və Nemətli Mehriban Səyyad qızının sosial şəbəkələrdə yayılan görüntülərinin təfərrüatları məlum olub. Aparılmış araşdırmalarla bir sıra şəxslərin qanunsuz hərəkətləri müəyyən olunduğundan fakta görə cinayət işi başlanıb. Müəyyən edilib ki, Mehriban Nemətli tanışı Çinarə Nəsirli ilə cinayət əlaqəsinə girərək Fəxrəddin Quliyevlə aralarında 1 ildən artıq olan pul qarşılığında münasibətləri əks etdirən görüntülərin xidməti otaqda gizli çəkilişini aparıblar. Tərəflər həmin görüntüləri F.Quliyevin oğlu, həkim-stomotoloq olan Fuad Quliyevə və digər şəxslərə ötürməklə sosial şəbəkələrdə yayacağı hədəsi ilə pul tələb ediblər. Qanunsuz tələblə razılaşmayan Fuad Quliyev atasına qarşı törədilən hərəkətlərin onun üzərindən yayındırılması üçün sifarişlə başqa qadın vasitəsilə Mehriban Nemətlini həqiqətə uyğun olmayan başqa video çəkməyə məcbur etməklə, çəkilən videonu sosial şəbəkələrdə yayıblar. Hazırda Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, pornoqrafik materialların yayılması maddələri ilə başlanan cinayət işi üzrə Mehriban Nemətli, Çinarə Nəsirli, Fuad Quliyev istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












