Xırdalanda ağacların kütləvi şəkildə kəsilməsinə aydınlıq gətirilib - FOTO

Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) "Report"un yerli bürosuna verilən məlumata görə, mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub. Bildirilib ki, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.
Məlumata görə, qurum tərəfindən araşdırma aparılıb və qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib:
"Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə rayon üzrə 980 ədəd kök üstündə qurumuş ağac və gül kolunun götürülməsi haqda məktub daxil olub. Bu rəyə uyğun olaraq rayon ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınıb. Hazırda yay mövsümü olduğundan yeni tinglərin əkilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab olunmadığından mövsüm zamanı (payız ayları) yeni ağacların əkilməsi nəzərdə tutulub".
Həmçinin əlavə olunub ki, ötən il ərzində rayon ərazisində 20 minə yaxın ağac və kollar əkilib, onlara aqroqulluq təşkil edilib.
Qeyd edək ki, sosial şəbəkədə adıçəkilən ərazidə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı paylaşımlar edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












