Xırdalanda sürət qatarı anasının yanından yola qaçan azyaşlını vurub

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
"Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını itirib.
Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırıb:
"Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












