Sürücülərdən pul yığan kişi CƏZALANDIRILDI - "Polisin adamıyam" deyirmiş

Bakıda özünü polis əməkdaşları ilə əlaqəli şəxs kimi təqdim edərək sürücülərdən pul yığdığı iddia edilən şəxs diqqət çəkib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şikayət sosial şəbəkədə paylaşılıb. Məlumata görə, həmin şəxs metronun "İnşaatçılar" stansiyasının yaxınlığında dayanaraq sürücülərdən pul tələb edir.
Şikayətçinin sözlərinə görə, həmin şəxs uzun illərdir əraziyə nəzarət etdiyini bildirərək sürücülərə müxtəlif vədlər verir.
"Deyir ki, 15 ildir bu əraziyə mən baxıram. Polislə razılaşmışam, burada avtomobil saxlayanda "AzParking" cərimə yazmır. Daha sonra avtomobillərin dövlət qeydiyyat nişanlarını çəkərək harasa göndərir", - deyə paylaşımda qeyd olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Yasamal rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb: "Qanunsuz parklanma yeri təşkil edən şəxslə profilaktik iş aparılmaqla barəsində qanunamüvafiq tədbir görülüb. Qeyd edək ki, səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur".
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Bu yolda dərin çuxur var: Sürücülər son anda sərt manevrlə canlarını qurtarır - VİDEO
70 yaşlı ölü tabutda dirildi: ŞOK HADİSƏ
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Nərimanovda binada yanğın baş verib - VİDEO
Bərdə sakininin Ağdamda QUYUYA DÜŞÜB
Benzin satışına yeni LİMİT- BU ÖLKƏDƏ
Sumqayıtda məşhur su kanalına yenə zibil atırlar - FOTO
TIR-ın kabinində qəribə hadisə: sürücünün ayağı sükanın arasında sıxışdı – VİDEO
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO












