Zəngəzur dəhlizinin alternativlərindən daha çox yük cəlb edəcəyi gözlənilir

Zəngəzur dəhlizinin qısa tranzit müddəti sayəsində alternativlərindən daha çox yük cəlb edəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.
"Bununla yanaşı, Türkiyənin də liman imkanlarını genişləndirməsinə ehtiyac yarana bilər, çünki bu ölkədə də müəyyən məhdudiyyətlər mövcuddur. Dəhlizin açılış vaxtı, fəaliyyətə başlama şərtləri və ətrafındakı geosiyasi vəziyyətlə bağlı isə qeyri-müəyyənlik qalmaqdadır.
Gömrük və ticarətin asanlaşdırılması məsələsinə gəldikdə, idxal rüsumlarının yüksək, gömrük prosedurlarının isə mürəkkəb olduğu qeyd edilir. Risk əsaslı yanaşmanın tətbiqi və beynəlxalq sertifikatların tanınması istiqamətində addımların atılmasına ehtiyac var. Həmçinin proqram təminatı interfeyslərinin (API) tətbiqi və gömrük sistemlərinin müəssisələrin resurslarının planlaşdırılması (ERP) sistemləri ilə inteqrasiyası gələcəkdə faydalı və arzuolunan yeniliklər kimi qiymətləndirilir", - deyə o qeyd edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












