Banner

İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Xəbərlər 21 Oktyabr 2026 19:02
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
WhatsApp kanalımıza abunə olun

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Hökməli-Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh